Gəncə böyüklüyünə görə Azərbaycanın ikinci ən böyük şəhəridir. Bu şəhər Azərbaycana bir çox tanınmış insanları bəxş edib. Lent.az Gəncədə doğulub-böyümüş tanınmış şəxslərdən bir qismini təqdim edir:
Xalq artisti Şahnaz Haşımova Gəncənin ən tanınmış sənətkarlarından biridir desək, yanılmarıq. O, 1975-ci ildən "Göy-göl" xalq çalğı alətləri ansamblının (1977-ci ildən "Göy-göl" Dövlət Mahnı və Rəqs Ansamblının) solistidir. 1997-ci ildən 2017-ci ilə qədər Gəncə Dövlət Filarmoniyasının direktoru olub.




Aparıcı Sevil Nuriyeva da Gəncə şəhərinin yetişdirməsidir.

“Azəri star” yarışmasının iştirakçısı Pərviz Abdullayev də illərdir Gəncədə yaşayanlardandır.

Müğənni Emil Bədəlov da Gəncəlidir.

Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı ) da ölkəmizin bu qədim şəhərinin yetişdirməsidir.

Şoumen Murad Dadaşov da 1978-ci ildə Gəncədə dünyaya göz açıb.
