<b>Aygün Kazımovanı<span style="color:red;"> CANLI YAYIMDA BİABIR ETDİ : "Eyib oldu" - VİDEO </b>
02 may 2017 19:12 (UTC +04:00)

Aygün Kazımovanı CANLI YAYIMDA BİABIR ETDİ: "Eyib oldu" - VİDEO

0

Meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı, müğənni Elman Məmmədov bir müddət öncə xalq artisti Aygün Kazımova ilə birgə efirə çıxdığına görə peşman olub. Lent.az-ın məlumatına görə, müğənni bu sözləri “APA TV”-nin “Show time” verilişində deyib. O, bildirib ki, xalq artistinin söylədiyi “O biri otağa keçək...” sözü onun ürəyincə olmayıb:

 

“Kaş o verilişə çıxmazdım. Aygündən o cür söhbət gözləməzdim. O hadisədən sonra verilişi yarımçıq tərk etdim. Ona hörmətim var idi, amma bir balaca eyib oldu. Yəni ən azından bizə Azərbaycan xalqı baxır. Bu söhbətin heç yeri yox idi".

 

E.Məmmədov bildirib ki, A.Kazımovaya cavab verməməyi xalq artisti üçün bir cavabdır: “Susmağım ona cavab oldu. Ona ayrıca cavab versəydim, məni də qınayardılar”.

 

E.Məmmədovun bu sözlərinə meyxanaçı Ağamirzə də dəstək olub: “Bəli, düzdür. Gərək hərdən susmaqla da cavab verəsən”. 

 

Qeyd edək ki, “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar