[b]Rəqqasə Fatimənin maşınına basqın: Pulunu, çantasını oğurladılar[/b]
16 iyun 2014 15:21 (UTC +04:00)

[b]Rəqqasə Fatimənin maşınına basqın: Pulunu, çantasını oğurladılar[/b]

0

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyevanın başına iş gəlib. Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, bu gün onun “Toyota” markalı avtomobilinin şüşəsini sındıraraq, çantasını oğurlayıblar: “Bir neçə dəqiqə öncə çəkilişdən çıxdım, avtomobilimə əyləşmək istəyirdim. Lakin maşına yaxınlaşdığım zaman gördüyüm mənzərə məni həqiqətən şoka saldı. Maşınımın pəncərəsini qıraraq, çantamı götürüblər. Çantamda müəyyən məbləğdə pul, bank və maaş kartlarım var idi. İndi hadisə baş verən əraziyə polisləri çağırmışıq. Onların gəlməsini gözləyirəm”.

 

F.Fətəliyeva oğurluq hadisənin sifarişli olmasını istisna etmədi: “Bu həyatda hər şey mümkünür. Ola bilsin, bu hadisə sifarişlidir. Hər halda, polis bunu araşdıracaq. Daha dəqiq məlumat ondan sonra açıqlayacam”.

 

Qeyd edək ki, F.Fatalityevanın avtomobilinə nəməlum şəxslər Abdulla Şaiq küçəsində,  “Qorodok” restoranının yanında basqın ediblər.

 

v

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4914

Oxşar yazılar