Xalq artisti ilə məşhur stilist arasında qalmaqal səngimir -  "Mənə gücü çatmaz"
02 may 2023 16:53 (UTC +04:00)

Xalq artisti ilə məşhur stilist arasında qalmaqal səngimir - "Mənə gücü çatmaz"

Xalq artisti Aygün Kazımova haqqında  “transa oxşayır” deməklə gündəmə gələn stilist Anar Ağakişiyev yenidən maraqlı açıqlama verib.

Lent.a-a danışan Anar Ağakişiyev bildirib ki, Aygün Kazımova onu canlı yayımda təhqir edib “Bütün saytlar “Anar Aygünü təhqir etdi” yazır. Yazırlar, amma demirlər ki, niyə? Ama demirlər ki, Aygün Anara nə deyib? Hadisənin öncəsi ilə də maraqlanın”,- o qeyd edib.

Anar Ağakişiyevin sözlərinə görə, Xalq artisrti özündən 20 yaş kiçik adama  təhqir dolu səsli mesajlar atıb: "Məni tanıyan adamlara səslər göndərir, haqqımda xoş olmayan sözlər deyir. Yolumuz ayrı, sənətimiz ayrı. Amma o dayanmır. Bu Xalq artisti adına yaraşarmı? O zaman gənc idim, gücsüz idim. Sosial şəbəkələr yox idi, cavab verə bilmirdim. Amma indi onun mənə gücü çatmaz.

Döyməsin taxta qapımı, döyməyim dəmir qapısını. Mənim xaricdə şöhrət qazanmağımı qəbul edə bilmir. Haqqımda “çuşka” deyir. Deyir, Demet Akalına, Bülent Ersoya pul vermişəm ki, onları makiyaj edib. Bu nə qəribə düşüncədir?  Kimsə onun təhqirlərin qəbul edə bilər, mən etmirəm. Durduğum yerdə etmədim. İstəyirəm, mənə hiss etdirdiklərini o da yaşasın” , - stilist bununla da polemikalara son verdiyini bildirib.
 

# 4452
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar