Uğursuz estetik əməliyyatı edən Yaren OD PÜSKÜRDÜ  - FOTO
16 yanvar 2023 15:24 (UTC +04:00)

Uğursuz estetik əməliyyatı edən Yaren OD PÜSKÜRDÜ - FOTO

Nəinki Türkiyədə, həmçinin Azərbaycanda da maraqla izlənilən "Kısmetse Olur: Aşkın gücü" proqramının ən diqqət çəkən yarışmaçılarından biri Yaren Dağ ona lağ edənlərin qarşısında səssizliyini pozub.

Lent.az xəbər verir ki, o, setdə arxa tərəfinin düşməsinə görə efirdə onu tənqid edən şərhçi Diden Delenə də cavabını verib:

"Estetik əməliyyat keçirməkdən üzündə mimika belə qalmayıb, popoma lağ edir".

Xatırladaq ki, üzündəki dəyişikliklərə doymayan Yaren Dağ 10 min avro xərcləyərək "popo böyütmə" əməliyyatı keçirdiyini etiraf etmişdi. Onun proqramın setində arxasının düşməsi sosial şəbəkələrdə xeyli məsxərəyə qoyulub. 

Fotoları təqdim edirik:

# 3111
avatar

Nigar Namiq

Oxşar yazılar