Vəfa Şərifova və Türkan Vəlizadə
29 noyabr 2022 13:11 (UTC +04:00)

Vəfa Şərifova və Türkan Vəlizadə

Türkan Vəfadan mahnı oğurlayıb?: "Hamiləliyimdən istifadə etdi" - VİDEO

"İranlı bir sənətçinin mahnısını ifa etməyim üçün özündən icazə aldım. Ancaq hamiləlik dövrümdə idim deyə, mahnını təqdim etməyi bir az gecikdirdik. Hər şeyi hazır idi, amma bir hissəsini dəyişdirə bilmədim. Gecikdik, bir də eşitdik ki, Türkan mahnını oxuyub və təqdim edir".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova həmkarı Türkan Vəlizadə haqqında deyib. O deyib ki, sahibindən icazə alıb oxuyacağı mahnını Türkan ondan xəbərsiz ifa edib:

"Dedilər ki, mahnını oxuyub təqdim edir (söhbət "Ceyrana bax" mahnısından gedir). Dedim necə yəni? Adamdan icazə almışam, aranjeman etdirmişəm. Əziyyət çəkmişik mahnıya. Həmin iranlı sənətçiyə zəng vurub danışdıq ki, o mahnını bizə vermisiniz, başqasına niyə belə edirsiniz? Dedi ki, biz ona sizin oxuyacağınız barədə məlumat vermişik. Sadəcə Türkan dedi ki, ona halallıq vermisiniz, bizə də verin. Biz də "yox" deyə bilmədik. Biz sənət yoldaşıyıq da, mən eləməzdim ona qarşı. Türkan dostluğun olmadığını bir daha təsdiq etdi".

Vəfa Şərifova Türkandan gileyləndi

# 3762
avatar

Nigar Namiq

Oxşar yazılar