Tom Kruz və Şakira arasında  nə baş verir?
10 may 2023 13:06 (UTC +04:00)

Tom Kruz və Şakira arasında nə baş verir?

Son günlər Hollivud ulduzu Tom Kruz və dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın adı birlikdə hallanmağa başlayıb.

Lent.az-ın məlumatına görə, aktyor Şakiraya olan marağını gizlətməyib və aralarında “xüsusi kimya” olduğunu bildirib.

Mayamidə “Formula-1” yarışlarına qatılan məşhurlar birlikdə xoş həftəsonu keçiriblər. Hətta, Tom Kruz Şakiranın kampaniyasında olmağı III Çarlzın tacqoyma mərasimindən üstün tutub və Britaniyaya getməyib.

Hazırda ABŞ mətbuatında bu iki ulduzun adı tez-tez birlikdə çəkilməklə yanaşı, münasibətləri müzakirə olunur. “Tom simpatik və istedadlı oğlandır. Şakiraya onun çiyni kimi etibarlı bir çiyin lazımdır”, - qəzetlər yazırlar.

Cütlük hələlik münasibətləri barədə açıqlama vermir.


 

# 2235
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar