Tanınmış stilisti təhlükəyə salan sürücü TAPILDI   - VİDEO
04 noyabr 2022 12:15 (UTC +04:00)

Tanınmış stilisti təhlükəyə salan sürücü TAPILDI - VİDEO

Məşhur stilist Anar Ağakişiyev sosial şəbəkədə diqqət çəkən paylaşım edib. 

Lent.az xəbər verir ki, ona qarşı dünən axşam avtoxuliqanlıq edilib. Stilist videosunda bildirib ki, qarşısındakı avtomobilin sahibi ona dəfələrlə təhlükə yaradıb:

"Heydər Əliyev prospektində görün, nə edir? 99-CR-979 dövlət qeydiyyatlı maşın. Əziz Dövlət Yol Polisi, sizə müraciət edirəm. Həmin şəxs 4-5 dəfə qəza şəraiti törətdi. Mən olmasaydım, başqa bir peşəkar olmayan sürücü olsa idi, maşını vurmuşdu. Özü də "borzu" şəkildə, arxaya-irəli, "tormoz" verməklə, belə bir qəza şəraiti yaratdı. Çox xahiş edirəm ki, məsələyə baxılsın".

Paylaşımdan sonra A.Ağakişiyev DYP tərəfindən artıq məsələyə baxıldığını və avtoxuliqanlıq edən sürücünün barəsində axtarış elan olunub.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, artıq A.Ağakişiyevin müraciət əsasında araşdırma başlayıb:

"Yol hərəkəti qaydalarını kobud şəkildə pozan, özü və digər hərəkət iştirakçıları üçün təhlükə yaradan şəxs müəyyən edilib və o, idarəyə dəvət olunub. Hazırda onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək".

Anar Ağakişiyev qəza ilə üz-üzə qaldı

# 3732
avatar

Nigar Namiq

Oxşar yazılar