Tanınmış repçini restorandan  QOVDULAR
25 yanvar 2023 17:27 (UTC +04:00)

Tanınmış repçini restorandan QOVDULAR

Dünya şöhrətli "6ix9ine" ləqəbi ilə tanınan amerikalı repçi Daniel Hernandez əyləndiyi restorandan qovulub.

Lent.az xəbər verir ki, 26 yaşlı ifaçı Mayamidəki restoranların birində dostları ilə birgə yeyib-içib.

Sonra o, icazəsiz barın arxasına keçib və bir şüşə tekilanı birbaşa insanların ağzına tökməyə başlayıb. Bundan başqa, repçi barın masasında rəqs edib.  

Buna görə də Daniel və 20-yə yaxın şəxs restorandan çıxarılıb.

# 1995
avatar

Nigar Namiq

Oxşar yazılar