Tanınmış müğənni barəsində axtarış elan edildi - SƏBƏB
18 iyul 2022 11:49 (UTC +04:00)

Tanınmış müğənni barəsində axtarış elan edildi - SƏBƏB

Keçmiş qayınatası Mehmet Sevigeni rüşvət verməkdə günahlandıran və barəsində cinayət işi açılan müğənni Gökhan Özen haqqında araşdırma başa çatıb.

Lent.az xəbər verir ki, qayınatasına şər və böhtan atdığı iddia edilən müğənni polis bölməsinə dəvət olunub. Lakin o, Amerikada olduğu üçün gəlməyib. Buna görə də, onun barəsində axtarış élan edilib. 

Qeyd edək ki, müğənni Gökhan Özen 2016-cı ildə qalmaqallı şəkildə boşansa da, qayınatasının otel açmaq üçün rüşvət payladığını iddia etmişdi. 

# 3945
avatar

Nigar Namiq

Oxşar yazılar