Tanınmış aktyorun ayağı kəsilə bilər -  FOTO
17 yanvar 2023 14:35 (UTC +04:00)

Tanınmış aktyorun ayağı kəsilə bilər - FOTO

Qar təmizləyən zaman ağır xəsarət alan Hollivud aktyoru Ceremi Rennerin ayağı kəsilə bilər.

Lent.az xəbər verir ki, həkimlər onun zədələrinə ciddi diaqnoz qoyduqları üçün aktyorla bağlı xoşagəlməz xəbər veriblər. 

Ailənin yaxın dostları bildiriblər ki, Cereminin ayaqları amputasiya oluna bilər:

"Ceremi artıq iki böyük əməliyyat keçirib. Lakin onun yenidən dik yeriyə biləcəyinə və ya ümumiyyətlə, ayağını tamamilə itirəcəyinə dair ciddi şübhələr var".

"Marvel" qəhrəmanı Ceremi isə bütün bunların qarşısında mediaya heç bir açıqlama vermir.

 

# 2799
avatar

Nigar Namiq

Oxşar yazılar