Tanınmış aktyor EVLƏNİR  - FOTO
02 noyabr 2022 20:37 (UTC +04:00)

Tanınmış aktyor EVLƏNİR - FOTO

Türkiyənin məşhur aktyoru Ahmet Kuraldan yeni xəbər var. 

Lent.az xəbər verir ki, 41 yaşlı aktyor uzun müddətdir münasibətdə olduğu nişanlısı Çağla Gizemlə evlənməyə qərar verib. Hətta o, evlilik tarixi barədə də söhbət açıb:

"İnşallah, ən qısa zamanda tarixi də eşidəcəksiniz. Göz dəyməsin və uğuru qaçmasın deyə, demək istəmirəm. Çox yaxında müjdəmi verəcəyəm".

Xatırladaq ki, Ahmet Kural 2018-ci ildə müğənni Sila ilə qalmaqallı şəkildə boşanmışdı. İddialara əsasən, Ahmet xəyanətə uğradığını zənn edib onu sərxoş halda döyüb və bunun cəzasını çəkib.

Qeyd edək ki, onun münasibətdə olduğu qadınlara zorakılıq etməsi medianın diqqətindən qaçmayıb.

Ahmet Kural və Sila

Ahmet Kural və nişanlısı

# 3765
avatar

Nigar Namiq

Oxşar yazılar