Tanınmış aktrisanın yenə  ÇİYNİ ÇIXDI
29 dekabr 2022 17:33 (UTC +04:00)

Tanınmış aktrisanın yenə ÇİYNİ ÇIXDI

Türkiyəli aktrisa Dilan Çiçək Dənizin başına bədbəxt hadisə gəlib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa qolunu qapıya vurub və yenidən çiyini çıxıb.

Uşaqlıqdan hipermobillikdən əziyyət çəkən Dilanın artıq üçüncü dəfədir ki, bu hadisə başına gəlir. İllərdir voleybolla məşğul olan 26 yaşlı aktrisa çiyinin tez-tez yerindən çıxması səbəbindən bu idman növünü də atmalı olub.

Qeyd edək ki, Dilan Çiçək Dəniz bu yaxınlarda özündən 11 yaş böyük sevgilisi ilə yollarını ayırıb.

# 2682
avatar

Oxşar yazılar