Seren Serengildən Seda Sayana ATMACA: "Əri ilə  xoşəxtlik pozları   verməklə deyil"
14 may 2023 11:32 (UTC +04:00)

Seren Serengildən Seda Sayana ATMACA: "Əri ilə xoşəxtlik pozları verməklə deyil"

Ötən il Çağlar Ökten ilə ailə quran müğənni və aparıcı Seda Sayan tez-tez əri ilə xoşbəxtliyini əks etdirən şəkillər paylaşır. Televiziya proqramlarından birində canlı yayıma qoşulan Seda Sayan “çox gözələm, mənə aşiq olmamaq mümkün deyil” şəklində açıqlama verib. Bu isə görünür, bəzi qadın həmkarlarının qısqanclığına səbəb olur.

Lent.az-ın xəbərinə görə, müğənni Seren Serengil Seda Sayanı biabır etməyə çalışıb.

O, Seda Sayanın onu yamsıladığını iddia edib: “Seda özünü mənə oxşatmağa çalışır. Mən hansı plastik əməliyyatı keçirirəmsə, o da eynisini edir. Mənim getdiyim doktorlara müraciət edir. Yalandan əri ilə xoşəxtlik pozları verməklə deyil, Seda Sayan mənə həsəd aparır”.

Seda Sayan hələlik Serengilin bu iddialarına cavab verməyib.

# 2997
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar