Sedanın oğlu yaşında əri: "Üzüyünü göstər..." - VİDEO
27 aprel 2022 19:09 (UTC +04:00)

Sedanın oğlu yaşında əri: "Üzüyünü göstər..." - VİDEO

İnsanlar özünü niyə evlənməyə məcbur edir? Kim deyir ki, hamı ömründə heç olmasa, bir dəfə mütləq evlilik həyatı yaşamalıdır? Bu instinktdirmi, yoxsa...?

Bu suallara bütün kainatda yaşayan insanlarla bərabər cavab axtarırıq. Çevrəmizdə hər gün valideynlərimiz, xoşumuz gəlməyən qohumlarımız bizi sıxır. Sanki məcbur qalıb evlənəcəyimiz üçün qorxu içindəyik.

O ki, artıq hər şeyi yerinə qoyub qərar vermək istəyirsən ki, “tərpənəsən”, qarşına Sedanın bax bu videosu çıxır...

Videoya baxanda nə hisslər keçirdiyinizi təsəvvür etmək çətin olmur. Kimi evlilik daşını ətəyindən qoyur yerə, kimi köks ötürüb videonu dəyişib, kimisi isə bilmədiyimiz min bir xəyallara dalır... 

Həyatdır da, Seda xanım, bir də gördünüz yanınızdakıyla “aşk dolu” paylaşımınıza göz dəydi. Soruşmaq ayıb olmasa, bir sual maraqlandırır bizi: “Ərinizi sahiblənmisiniz?”. 

Seda xanımın 7-ci əri Çağlar Öktenə videoda deyir ki, göstər üzüyünü. Başa düşürük, üzüyün üstündə ad yazdırmaq çoxdandır var, onsuz evlilik olmaz. Bu arada Çağların uzun münasibətinin Sedaya bitirməsi iddiası şou aləminə bomba kimi düşmüşdü. Buna görə Seda xanımı təqdir və tənqid edənlər də az olmadı.

Deyilənləri nəzərə alsaq, guya Çağlar Sedanın varına görə seçibmiş. Nə bilmək olar, Seda bəlkə bu yaşının son sevgisini və ehtirasını həqiqətən onda tapıb?!  Amma kimə nə sübut edirsiniz? Axı o nə cins it deyil, nə də siz 17 yaşlı yeniyetmə. Bəli, günümüzdə göstərişsiz heç nə etmək olmur.

Məsələn, evlilik ən şəffaf nümunədir. Gərək ərə getdiyin adamın işini-gücünü, evini-eşiyini, varını-halını, hətta etdiyi hər gic-gicə jestləri nümayiş etdirəsən ki, ay camaat, hər kəs görsün ki, bizim də varımızdı.

İzləyici gözündən iraq, ayıbdır. O, bu videonu çəkməsə belə, bunu çoxları edir. Buna son qoymağın vaxtı gəlib çatmadımı? Hərə bir addım atıb bu mənasızlığı bitirmək üçün cəhd etsə, düşünün, dünyamız necə gözəlləşər! 


 

# 3669
avatar

Nigar Namiq

Oxşar yazılar