Samir Bağırov sevgi münasibətlərindən danışdı - "O kişi də ola bilər, qadın da"
29 dekabr 2022 15:39 (UTC +04:00)

Samir Bağırov sevgi münasibətlərindən danışdı - "O kişi də ola bilər, qadın da"

“Siz nə zamansa həmcinsinizlə sevgi münasibətlərində olmusunuz?”. 

Lent.az-ın məlumatına görə, bu sualı Əməkdar artist Samir Bağırov jurnalist Həmid Həmidova verdiyi müsahibədə  belə cavablandırıb:

“Mən heç nəyi gizlətmirəm. Lakin belə münasibətlər barədə danışmağı, bunları gün üzünə çıxarmağı da doğru hesab eləmirəm. Yaşa dolduqca əmin oluram ki, insanın zahiri deyil, məzmunu, ruhu önəmlidir. Ruhun isə cinsi yoxdur. Mən ruha aşiq oluram”,- deyə o qeyd edib.

 “Ola bilər ki yaxın gələcəkdə aşiq olum. Bu bizdən asılı deyil və bunu tənzimləyə bilmirik. Aşiq olsam o adamın daxili aləminə, ruhuna  aşiq olacam. Onun daxili dünyası qadın yoxsa kişi olacaq, bunu deyə bilmərəm. O həm qadın, həm də kişi ola bilər”,- deyə ekstravaqant müğənni bildirib.

Sosial şəbəkələrdə izləyicilərin böyük əskəriyyəti  bu cavaba “Samir çox mədəni insandır” şəklində şərhlər yazıblar.
 

# 4257
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar