Şakira aldadıldığını görün, necə bilib? - ŞOK DETALLAR
17 yanvar 2023 11:03 (UTC +04:00)

Şakira aldadıldığını görün, necə bilib? - ŞOK DETALLAR

Son vaxtlar şou-biznes aləmində ən çox danışılan mövzulardan biri də dünya ulduzu Şakiraya 11 illik sevgilisi, iki uşağının atası Jerar Pikenin xəyanəti etməsindən sonra yaşanılanlardır. 

Lent.az xəbər verir ki, müğənninin bu xəyanəti necə üzə çıxarması barədə detallar sizi şok edəcək. 

Belə ki, Şakira konsert vermək üçün tez-tez ölkə dəyişdirir. Uşaqlarını isə Pikeyə əmanət edib gedir. Müğənni evə qayıdanda soyuducuda ən sevdiyi mürəbbənin qurtardığını, qabının boş olduğunu görür. "Pike həmin mürəbbəni sevmir, bəs onu yeyən kimdir?", - deyə, düşünür. Deyilənlərə görə, Şakira əməlli-başlı dava-dalaş salır. 

Bundan başqa, o, qarderobunda əlbisələrinin istifadə olunduğunun da fərqinə varır. Hətta Şakira ilə Pike görüntülü zənglə danışarkən qəsdən arxa tərəfdən keçirmiş. 

Bu detallar sosial şəbəkələrdə sürətlə yayılıb və ifaçının heyranlarının xeyli qəzəbinə səbəb olub. İzləyicilərin çoxu Pikeni linç edib, onun yeni sevgilisi Clara Chianı da yıxıb-sürüyüb. 

 

# 4767
avatar

Nigar Namiq

Oxşar yazılar