Rəqsanənin keçmiş sevgilisi azadlığa BURAXILDI - FOTO
23 may 2022 15:03 (UTC +04:00)

Rəqsanənin keçmiş sevgilisi azadlığa BURAXILDI - FOTO

Bir vaxtlar müğənni Rəqsanə İsmayılova və prodüseri Təranə Səmədova arasında baş verən qalmaqalda adı hallanan Faiq Azayev azadlığa buraxılıb.

Lent.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təranə Səmədova məlumat verib.

Prodüser dörd il sonra Faiq Azayevin azadlığa çıxması ilə bağlı bunları qeyd edib:

“Bu günə çox şükür. Faiq Azayev, Fərid Azayev... Bu görüntüyə çox sevinənlər də olacaq, hədsiz üzülən də olacaq, amma mən anamın yoxluğundan sonra həyatımda yaranan bir boşluğun dolduğunu məhz bu gün hiss elədim, içimdə tamamlanmışlıq hissi yaşayıram, buna görə yaradana təşəkkür edirəm, təbii ki, sizə də... Azadlığın mübarək, Faiq Azayev”.

Qeyd edək ki, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Faiq Azayev 6 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, mətbuatda əvvəllər Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın, Fərid Azayevlə isə Təranə Səmədovanın sevgili olduqları yazılır.

# 5670
avatar

Oxşar yazılar