Rəqqasə Fatimənin maşın vuran köməkçisinin SON DURUMU
17 mart 2023 16:39 (UTC +04:00)

Rəqqasə Fatimənin maşın vuran köməkçisinin SON DURUMU

Tanınmış rəqqasə Fatimə Fətəliyeva yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan köməkçisi Aytac Bayramzadə ilə bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, o, Aytacla birgə foto paylaşaraq, ona görə çox üzüldüyünü bildirib:

“Mənim əzizim, Aytacım, inan, nə dilim söz tutur, nə gözümün yaşı quruyur. Nə deyəcəyimi bilmirəm, sözlər boğazımda düyünlənir. Allah böyükdür. İnşallah sənin cavan canına qıymaz, ailənə, bizə bağışlayar. Dualarımız səninlədir, gözəl qızım. Yazan, zəng edən, maraqlanan hər kəsə minnətdaram. İnşallah ən qısa zamanda Aytacın ən xoş xəbərini birlikdə eşidərik”.

A.Bayramzadənin son durumu ilə bağlı Fatimə xanımla əlaqə saxladıq. O, Lent.az-a açıqlamasında bildirdi ki, komada yatan Aytacın oyanmasına həkimlər icazə vermir:

"Aytac bir dəfə ayılıb, ancaq oyanmasına icazə vermirlər. Beyni silkələnib deyə, oyansa, qan sıza bilər. Dünən beynindən su gəlirdi, bu gün düzəldiyini deyirlər. Bu gün necə olması barəsində dəqiq qərar veriləcək. Bizə ancaq dua etmək qalır. Həkimlər onsuz da əlindən gələni edir. O qədər zəng edib maraqlanırlar ki, telefonum artıq partlayır. Maraqlananlar sağ olsun. İnşallah hər şey yaxşı olar".

 Xatırladaq ki, Aytac Bayramzadə Azadlıq prospektində yerləşən "Kratos" restoranından çıxarkən, yolu əks istiqamətə keçmək istəyən zaman onu minik avtomobili vurub.

# 3615
avatar

Nigar Namiq

Oxşar yazılar