Rəhim Rəhimlinin dəfninə bu məşhurlar GƏLMƏDİ
30 sentyabr 2022 18:00 (UTC +04:00)

Rəhim Rəhimlinin dəfninə bu məşhurlar GƏLMƏDİ

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında dünyasını dəyişən 43 yaşlı müğənni Rəhim Rəhimli Bülbülə kənd qəbiristanlığında dəfn edilib. 

Lent.az xəbər verir ki, onunla vida mərasiminə az sayda sənət yoldaşlarının gəlməsi diqqətdən də yayınmayıb. 

Xalq artistləri Röya Ayxan, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Sevda Ələkbərzadə, Nigar Camal, Səidə Sultan, Roza Zərgərli, aktrisa Oksana Rəsulova, aparıcılar Afaq Gəncəli, Nanə Ağamalıyeva və başqa simalar sosial şəbəkə hesablarında başsağlığı versələr də, onu son dəfə görməyə gəlməyiblər. 

Bundan başqa, Xalq artisti Brilliant Dadaşova, müğənnilər Natavan Həbibi, Şəbnəm Tovuzlu, Damla, Elşad Xose, aparıcılar Zaur Kamal, Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı və başqa məşhur simalar sosial şəbəkə hesablarında başsağlığı ilə əlaqəli paylaşım etməyiblər.

Bu da sosial mediada müzakirələrə səbəb olub. 

Qeyd edək ki, Rəhim Rəhimlinin ölüm səbəbinin kəskin ağciyər, ürək çatışmazlığı olduğu TƏBİB tərəfindən təsdiqlənib. 

 

# 28683
avatar

Nigar Namiq

Oxşar yazılar