Ramiz Novruzun oğlundan diqqətçəkən PAYLAŞIM
22 fevral 2023 11:00 (UTC +04:00)

Ramiz Novruzun oğlundan diqqətçəkən PAYLAŞIM

Fevralın 21-i uzun sürən ağır xəstəlikdən dünyasını dəyişən Xalq artisti Ramiz Novruzun kiçik oğlu Cavidan Novruz diqqətçəkən status paylaşıb. 

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında paylaşdığı statusda sosial şəbəkələrdən uzaqlaşdığını bildirib.

Aktyor hazırda psixoloji və mənəvi olaraq pis hiss etdiyini də vurğulayıb: 

"Bu sabah ilk dəfə atasız sabahı açdım. İndi atasız yatmağa hazırlaşıram. Allahdan tək istəyim Ramiz Novruzun yuxuma heç olmasa, 1 dəqiqəlik belə olsa, gəlməyini istəyərdim. Məni yalnız yerimdə olan, bu acını yaşayan insanlar tam şəkildə anlayacaq. Sözüm budur ki məlum məsələyə görə bu günlərdə heç cürə sosial şəbəkə haqqında düşünmürəm. İndi sadəcə baxdım və yazılarınızı, rəylərinizi gördüm. Sadəcə hər kəsə ayrı-ayrılıqda nəsə yaza bilmirəm. Amma yazmağa da məcbur qaldım, hörmətsizlik kimi anlamayın xahiş edirəm.

Bir onu deyə bilərəm ki, Allah hər birinizdən razı olsun. Atamı nə qədər sevdiyinizi o qədər hiss etdirdiniz ki, bu, mənə və ailəmə ən gözəl təskinlik idi. Bütün Ramiz Novruz yaradıcılığını sevənlər, Allah sizdən min dəfə razı olsun. İnanın, çox pisəm. Mən arxa-dayağım olan insanı gözlənilmədən itirdim. Bu, mənə uzun illər travma qalacaq. Hər birinizə təşəkkür edirəm! Həm burada yazan dostlarıma, həm bu gün yanımda olanlara. Həm teatr kollektivimə, "Komedixana" komandasına, çalışdığım musiqili məkanlarda olan dostlarıma oranın rəhbərliklərinə, hamınıza minnətdaram. Çox güman ki, nə burada olacağam, nə efirlərdə, nə də səhnədə. Çünki psixoloji mənəvi hər şeydən soyumuşam, açıq və səmimi deyirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl 36 yaşını qeyd edən Cavidan Novruz keçirdiyi ad günündən olan fotoları "Instagram" hesabından silib. 

Xatırladaq ki, Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkirdi.

# 7434
avatar

Nigar Namiq

Oxşar yazılar