Qayınanası Şakiraya görün, nələr edib?  - FOTO
27 mart 2023 17:11 (UTC +04:00)

Qayınanası Şakiraya görün, nələr edib? - FOTO

İspaniyalı futbolçu Jerar Pike ilə 12 illik münasibətinə son qoyan məşhur müğənni Şakira ilə bağlı yeni iddialar ortaya çıxıb.

Lent.az xəbər verir ki, xarici mediaların yaydığı məlumatlara əsasən, ifaçının keçmiş qayınanası Montserrat Bernabeunun ona şillə vurduğu iddia olunur.

Bundan başqa, M.Bernabeu öz evinə Pike ilə onun məşuqəsini gətirib. Cütlük bir müddət o evdə görüşüb. Daha sonra arxasından gizli işlər edildiyini öyrənən Şakira Montserrat ilə küçədə qalmaqal yaşayıb.

Hətta bir müddət əvvəl onlar dalaşan zaman qadının Şakiraya şiddət göstərməsi də diqqətdən yayınmamışdı. 

Qeyd edək ki, Jerar Pike və Şakiranın iki oğul övladı var.

# 2250
avatar

Nigar Namiq

Oxşar yazılar