Pikedən ayrılan Şakira Tom Kruzla GÖRÜNTÜLƏNDİ
09 may 2023 10:37 (UTC +04:00)

Pikedən ayrılan Şakira Tom Kruzla GÖRÜNTÜLƏNDİ

Keçmiş sevgilisi futbolçu Jerar Pike tərəfindən aldadıldıqdan sonra münasibətini bitirən və çətin anlar yaşayan dünyaca məşhur müğənni Şakira məşhur aktyor Tom Kruzla görüntülənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı dünya şöhrətli aktyor Tom Kruzla fotokamera qarşısına keçib.

O, qatıldığı Mayami Qran Prisi yarışında çox xoşbəxt görünüb. Qəşəng geyimləri ilə bütün diqqətləri üzərinə çəkməyi bacaran cütlüyün səmimi davranışları diqqətdən yayınmayıb.

Şakira ötən ilin iyununda onu aldadan Pike ilə 11 illik münasibətinə son qoyduğunu açıqlayıb. Qısa müddət əvvəl İspaniyanı tərk etmək qərarına gələn Şakira ABŞ-ın Mayami şəhərində məskunlaşıb. Onun ABŞ-da müəmmalı sevgilisi olduğu iddia edilirdi.

# 2517
avatar

Fidan İlqar

Oxşar yazılar