"Özünüzü hərdən həkimə göstərin, yazıqsınız" -  Könül onlara söz atdı
27 aprel 2022 12:13 (UTC +04:00)

"Özünüzü hərdən həkimə göstərin, yazıqsınız" - Könül onlara söz atdı

Əməkdar artist Könül Kərimova onu tənqid edənlərdən danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı deyib: "İnsanın gözəl düşünüb, gözəl baxmağı o qədər gözəldir ki...

Çox heyif ki, bu düşüncə hər kəsdə yoxdur. Gözəl düşünmək üçün də gözəl dünyan olsun gərək. Bax, bu məndə, nə yaxşı ki, yetərincə var. Bilirsiniz axı, öz balaca dünyam var.

Orada yalnız ruhu gözəl, ürəyi gözəl, sağlam düşüncəli insanlar üçün yer ayırmışam. Ona görə də son vaxtlar özümü çox yaxşı hiss edirəm. Demək ki, həyatda nə olursa, yaxşıya doğru olur. Odur ki, özünüzü hərdən həkimə göstərin.

Yazıqsınız... Bu 5 günlük dünyada insan kimi yaşayın. İnsanlığınızı itirməyin. Görün ki, bu işıqlı dünyada nələr var. Gözü, ürəyi pas atanlar. Siz elə orada qalın, mən də burada".
 

# 2766
avatar

Yalçın UĞUR

Oxşar yazılar