Oskar mükafatçısı:  "Özümü əşya kimi hiss etdim"
10 yanvar 2023 15:48 (UTC +04:00)

Oskar mükafatçısı: "Özümü əşya kimi hiss etdim"

Oskar mükafatlı aktrisa Cennifer Lourens karyerasının zirvəsində olanda özünü "əşya" kimi hiss etdiyini deyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən həftə sonu London Film Festivalında karyerasının ilk vaxtlarından danışan Lourens karyerasının ilk illərində sürətli yüksəliş yaşadığını və idarəetməni itirdiyini bildirib.

"X-men seriyası", "Aclıq oyunları", "Ümid işığım" və "Joy" kimi filmlərdə rol alan Cennifer Lourens "Causeway" ilə böyük ekranlara qayıtmağa hazırlaşır.

 Keçən il oğlunu qucağına alaraq ilk dəfə ana olmaq sevincini yaşayan gözəl aktrisa 2013-cü ildə "My Light of Hope" (Silver Linings Playbook) filminə görə "Ən yaxşı aktrisa" Oskarını qazanmışdı. Cennifer Lourens həmin dövrlə bağlı hisslərini bölüşüb.

"Həmin vaxtlar nəzarət hissimi itirdim. "Aclıq Oyunları"nın nümayişi ilə Oskar qazandığım vaxt arasında özümü bir əşya kimi hiss etdim. Geriyə baxanda, o illəri tam xatırlaya bilmirəm, çünki rəsmi olaraq nəzarətdən çıxmışdım", - Lourens deyib.

# 1920
avatar

Fidan İlqar

Oxşar yazılar