Oğlu aşıq Zülfiyyənin “Instagram”ını   niyə BAĞLATDIRIB?
30 dekabr 2022 15:39 (UTC +04:00)

Oğlu aşıq Zülfiyyənin “Instagram”ını niyə BAĞLATDIRIB?

Aşıq Zülfiyyə İbadovanın müğənni oğlu Babək anasına sosial şəbəkədən istifadə etməyi qadağan edib.

Lent.az xəbər verir ki, Babək “Xeyirli axşamlar” verilişində anasının “Instagram” hesabını bağlatdırdığını deyib:

“Həmişə anam Zülfiyyə xanıma iki tərəfli baxmışam. Həm anam olaraq, həm də bir əfsanə aşıq Zülfiyyə olaraq. Sosial şəbəkələrə bizim kimi sənətə yeni çıxanların ehtiyacı var ki, bir az reklamımız olsun. Amma neçə illərdir səhnədədir, bir tarixin, əfsanənin belə şeylərə ehtiyacı yoxdur”.

Aparıcının “Onda illərdir səhnədə olan Aygün Kazımova, Röya kimi tanınmışların da ehtiyacı yoxdur?” sualına Babək “Söhbət aşıq Zülfiyyədən gedir” cavabını verib.

# 4500
avatar

Nigar Namiq

Oxşar yazılar