Niluferin Kayahan haqqında maraqlı etirafları – “Bir-birimizi qısqanırdıq”
13 may 2023 18:20 (UTC +04:00)

Niluferin Kayahan haqqında maraqlı etirafları – “Bir-birimizi qısqanırdıq”

Uzun illər birlikdə mahnılar bəstələyib, konsertlər verən Türkiyənin iki böyük sənətkarı Nilufer və Kayahan bir müddət küsülü qalmışdılar.

Lent.az-ın xəbərinə görə, 67 yaşlı Nilufer bu günlərdə Kayahanla küsmə səbəbi barədə danışıb.

“Mənə hirsləndi, dalaşdıq. Uğuru, şöhrəti paylaşmaq çətindir. Eqolar ortaya girəndə insan qardaşı ilə belə yola gedə bilmir. Bir-birimizi qısqanırdıq. İkimiz də duyğularımızla hərəkət edən insanlar idik. İkimiz də inadçı idik və buna görə küsülülüyümüz uzandı. Halbuki bir-birimizi çox sevərdik. Onun dəri xərçənginə yoluxduğunu eşidən kimi yanına getdim, barışdım. Sonra daha tez-tez görüşməyə başladıq. Kayahan bənzəri olmayan sənətkar idi”, - deyə müğənni bildirib.

# 2916
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar