"Netflix" şousu sayəsində  itən qız   6 il sonra tapıldı
18 may 2023 17:50 (UTC +04:00)

"Netflix" şousu sayəsində itən qız 6 il sonra tapıldı

Kayla Unbehaun adlı qız oğurlandıqdan 6 il sonra, kimsə onu Netflix televiziya şousundan tanıdığı üçün tapılıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Kayla 2017-ci ildə ABŞ-ın İllinoys ştatında anası ilə birlikdə yoxa çıxıb.

Atası çox axtarsa da, nə qızını, nə də onun anasını tapa bilməyib. Lakin bu illər ərzində qızını tapacağına ümidini itirməyib. O, sosial şəbəkələrdə qızının uşaqlıq şəklini və neyrosetdə indi necə görünə biləcəyinə dair robotun hazırladığı şəklini yayıb. Bundan sonra hadisə barədə "Netflix"də sənədli film hazırlanıb.

Onu Karolina ştatında market sahiblərindən biri tanıyıb. Kişi dərhal polis çağırıb və Kayla saxlanılıb. Məlum olub ki, onu öz anası oğurlayıb, keçmiş ərindən gizlədib. 

Uşağı ona hamilik edən atasından oğurladığına görə qadın 2 milyon dollar cərimələnib.

 

# 2322
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar