Mobil telefondan  istifadə etməyən   məşhurlar
25 may 2023 18:29 (UTC +04:00)

Mobil telefondan istifadə etməyən məşhurlar

Bir çoxları üçün mobil telefonundan uzaq qalmaq, telefonsuz evdən çıxmaq ağlasığmaz iş kimi görünür. Çünki ağıllı telefonlar artıq bütün həyatımızı idarə etməyə başlayıb. Bununla belə, mobil telefonlardan şüurlu şəkildə imtina edən məşhurlar da var.

Lent.az onları təqdim edir:

Dünya şöhrətli pop ulduz Ed Şiran 2015-ci ildə mobil telefondan istifadəni dayandırıb. O indi özünü çox azad hiss etdiyini bildirib.

Elton Con bildirib ki, mobil telefon sahibi olmaq istəmir. Onun evində müxtəlif  bahalı mobil rabitə cihazları var. Lakin müğənni bacardıqca istifadə etmək istəmir.

Gələcəyə dair fantastik filmlər çəkən britaniyalı rejissor Kristofer Nolan da mobil telefonlara nifrət edir.

Pop ulduz Castin Biberə də zəng etmək istəyənlərin arzusu ürəyində qalır. Nə şəxsi nömrəsi var, nə də telefonu.

Hollivud ulduzu Tom Kruz bildirib ki, nə telefonu, nə bahalı saatları, nə pul də kisəsi var. O, sadəcə həyatını yaşamaq istəyir.

Aktrisa Sara Cessika Parker, şoumen Saymon Kouell, aktyor Maykl Sera, aparıcı Tayra Benks, ulduz aktyor Conni Depp də telefonsuz yaşayır. Amma bunu necə bacarırlar, bax bu barədə danışmayıblar.
 

# 4149
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar