“Miss Kainat 2022” yarışmasının ən bahalı tacı
18 yanvar 2023 09:37 (UTC +04:00)

“Miss Kainat 2022” yarışmasının ən bahalı tacı

ABŞ-ın Nyu Orlean şəhərində “Miss Universe 2022” gözəllik müsabiqəsinin qalibi Filippin əsilli 28 yaşlı amerikalı Bonnie Gabrielle olub. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Miss Kainat 2022” müsabiqəsinin qalibinin tacının qiyməti açıqlanıb. 

Tacın dəyəri 5,58 milyon dollardır. 

Qeyd edək ki, tac İsveçrənin Cenevrə şəhərində yerləşən yüksək zərgərlik şirkəti Mouawad tərəfindən hazırlanıb.

# 2118
avatar

Arzu Qurbanlı

Oxşar yazılar