Məşhur nağaraçı evində YANARAQ ÖLDÜ  - FOTO
25 fevral 2023 19:31 (UTC +04:00)

Məşhur nağaraçı evində YANARAQ ÖLDÜ - FOTO

Fenomen nağara ifaçısı Handevi Gündoğan evinin bağçasında yanaraq ölüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Antalyanın Kəpəz rayonunda yaşayan və nağara çalarkən çəkdirdiyi videolarla fenomenə çevrilən 46 yaşlı Handevi Gündoğanın yanmış meyiti tək yaşadığı fərdi yaşayış evinin bağçasında tapılıb.

Sonuncu dəfə gecə yarısından sonra evinin qarşısında yandırdığı odunla isinərkən görüntülənən Gündoğanın ölümü ilə bağlı araşdırma başlanıb.

Onu evinin bağçasında yerdə uzanmış vəziyyətdə qonşuları tapıb. Xəbərdarlıq üzərinə ünvana polis və sağlamlıq qrupları sövq edilib. Həkimlərin apardığı nəzarətdə Gündoğanın bədəninin tamamilə yandığı və öldüyü müəyyən edilib.

# 5190
avatar

Fidan İlqar

Oxşar yazılar