Məşhur model milyarderlə qol-qola -  FOTO
31 may 2022 18:40 (UTC +04:00)

Məşhur model milyarderlə qol-qola - FOTO

Məşhur 52 yaşlı britaniyalı model Naomi Kempbell, Monakoda baş tutan Formula 1 Qran Prisində italyan milyarder Ernesto Bartarelli ilə qol-qola görünüblər. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onların birlikdə görünməsi mediada səs-küyə səbəb olub. 

Bu səs-küyün əsas səbəbi isə modelin şəxsi həyatını həmişə gizli saxlamasıdır. Keçən il ilk dəfə ana olmasına baxmayaraq, model hələ də qızının atasının kim olduğunu açıqlamayıb. 

Milyarder Ernesto Bartarelli kimdir? 

Ernesto Bertarelli bacısı ilə birlikdə dünyanın ən böyük biotexnoloji şirkəti olan “Serono”nu miras olaraq əldə edib. Atalarından miras qalan bu şirkəti Bertarelli 2007-ci ildə 13 milyard dollara satıb.

56 yaşlı milyarder Ernesto keçən il britaniyalı gözəl Kristi Bararellidən ayrılıb. Ayrıldıqdan sonra xanımı ondan 440 milyon dollar alaraq Britaniyanın ən varlı boşanmış qadını olub. 

Milyarder Bertarelli Fondunun həmsədri olmaqla yanaşı, dəniz mühitinin mühafizəsi ilə də məşğuldur. Bundan əlavə, o, İsveçrə yaxtaçılıq şirkətinin tərkibində olan Amerika Kubokunun ikiqat qalibidir. 

Onu da qeyd edək ki, milyarderin hazırda sərvəti 8,9 milyard dollardır. 

Naomi Kempbell və Ernesto Bartarelli


Ernesto Bartarelli və keçmiş yoldaşı Kristi Bararelli

# 3405
avatar

Sevinc Fərid

Oxşar yazılar