Məşhur aktrisanın yeni sevgilisi ORTAYA ÇIXDI
18 iyul 2022 10:53 (UTC +04:00)

Məşhur aktrisanın yeni sevgilisi ORTAYA ÇIXDI

“Ben Bu Cihana Sığmazam” serialı ilə çəkilişlərə qayıdan Burcu Binici reper Tankurt Manasla yeni eşq yaşamağa başlayıb.

Lent.az xarici KİV-ə istindən xəbər verir ki, Tankurt Manasla bir yerdə qəhvə içərkən görüntülənən məşhur aktrisa münasibətlərinin qısa müddət əvvəl başladığını və xoşbəxt olduqlarını bildirib.

Onlar ötən gün ilk dəfə Arnavutköydə bir yerdə tək oturarkən görüntülənib.

Birlikdə qəhvə içən yeni sevgililər gülümsəyərək kamera qarşısına keçiblər. Münasibətlərinin qısa müddət əvvəl başladığını ifadə edən 36 yaşlı Burcu Binici xoşbəxt olduqlarını dilə gətirib.

# 3342
avatar

Fidan İlqar

Oxşar yazılar