Maykl Cekson haqqında  ŞOK İDDİA:   19 saxta sənəd...
31 avqust 2022 13:31 (UTC +04:00)

Maykl Cekson haqqında ŞOK İDDİA: 19 saxta sənəd...

Dünya şöhrətli mərhum müğənni Maykl Ceksonun dərman almaq üçün 19 saxta sənəddən istifadə etdiyi üzə çıxıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "New York Post" saytının sitat gətirdiyi yeni "TMZ Araşdırmaları: Maykl Ceksonu həqiqətən kim öldürüb" sənədli filmində deyilir.

M. Ceksonun estetik cərrahı Harri Qlassman verdiyi açıqlamada deyib ki, Maykl öz ölümünə görə məsuliyyət daşıyır. Lakin tibb işçiləri, şübhəsiz ki, ona çox kömək edib.

Onun sözlərinə görə, sənətçinin ölümündə ona mütəmadi olaraq propofol (çox güclü uyuşdurucu maddə) verən Ceksonun həkimi Konrad Mürrey günahkardır. 

Bundan başqa, detektiv Orlando Martinez deyib: "Doktor K. Mürrey Cekson öləndə onun çarpayısının yanında idi" sözlərini deyibş  O, əlavə edib ki, sənətçi uzun illər həkimin və digərlərinin köməyi ilə 19 saxta sənədlə müxtəlif psixotrop maddələr əldə edib. 

Qeyd edək ki, popun kralı adlanan, bəstəkar, rəqqas, əfsanəvi Maykl Ceksonun ölüm səbəbi ürək dayanması deyilsə də, o, 2009-cu ildə propofol dərmanını həddən artıq qəbul etdiyinə görə dünyasını dəyişib. 

 

# 4236
avatar

Nigar Namiq

Oxşar yazılar