Konserti ləğv olan müğənni Azərin Lent.az-a DANIŞDI
06 fevral 2023 16:18 (UTC +04:00)

Konserti ləğv olan müğənni Azərin Lent.az-a DANIŞDI

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azərin də baş verən zəlzələ ilə bağlı öz dəstəyini bildirən məşhurlardandır. 

O, Lent.az-a açıqlamasında deyib ki, hazırda ailəsi ilə təhlükəsiz yerdə olsa da, arada silkələnməni hiss edir:

“Bu gün Kahramanmaraşda konsertimiz olacaqdı. Lakin ləğv etdik. Çox kədərliyəm. Allah yardım etsin, başımız sağ olsun. Hazırda Ankarada evimizdəyik, yaxşıyıq. Təhlükəsiz şəraitdəyik, amma aradabir silkələnməni hiss edirik. Maraqlanan, narahat olan dostlara dəyər və diqqəti üçün təşəkkür edirəm. Həyatını itirən insanlara rəhmət, təxliyə olunmağı gözləyənlərə isə Allahdan şəfa diləyirəm”.

Qeyd edək ki, son məlumatlara əsasən, bu gün Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı  1014 nəfərə çatıb.


 

# 3609
avatar

Nigar Namiq

Oxşar yazılar