"Kişi məcbur qalıb xəyanət edir" - Xuraman Şuşalı
09 iyul 2022 18:58 (UTC +04:00)

"Kişi məcbur qalıb xəyanət edir" - Xuraman Şuşalı

"Xəyanəti elə həddə qadın gətirir. Qadın elə davranır ki, qarşı tərəf məcbur xəyanət edir. Ya sevmir, ya başqa hal. Başıma gəlməyib, bilmirəm. Bəlkə xətt çəkərəm, bəlkə yox". 

Lent.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Həmin Zaur" verilişində deyib. Müğənni xəyanətdən danışıb:

"Səhvsiz insan yoxdur. Heç vaxt "heç vaxt" demə,insan eqoist olmamalıdır. Özümə görə dörd övladımı bədbəxt etmərəm. Bu da o demək deyil ki, həyat yoldaşıma deyirəm, get nə istəyirsən et. Əvvəlcə övladlarımı düşünüb, özümdə məhəbbəti öldürərəm. Qadın olaraq ölsəm də, uşaqlarıma görə yaşayaram. Uşaqlara travma yaşadıb, onları atalarına göstərməyim kimi hallara yol vermərəm". 

# 4644
avatar

Oxşar yazılar