Kayahanın qızından atasının mahnısını oxuyana  sərt sözlər
16 may 2023 11:50 (UTC +04:00)

Kayahanın qızından atasının mahnısını oxuyana sərt sözlər

Müğənni Selen Görgüzel İistanbuldakı konsertində mərhum müğənni Kayahanın “Yemin ettim” mahnısını oxuyub.

Lent.az-ın xəbərinə görə, müğənninin ifası həmkarı Işın Karaca v Kayahanın qızı Beste Açarın xoşuna gəlməyib. Onlar  Selen Görgüzeli sərt tənqid ediblər.

Işın Karaca müğənninin səsinin batdığını və notları düz vurmadığını deyib. Kayahanın qızı isə mahnını dinləyəkən qulaqlarını tıxamaq istədiyini bildirib. “Atam sağ olsaydı, bu mahnını göz yaşları içində dinləyərdi”, - o bildirib.

Müğənni Selin Görgüzel ifasına qarşı verilən reaksiyalara qarşı “3 saat canlı oxudum. Kaş, hər kəs ağlına gələni danışmaya” cavabını verib.

# 1911
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar