Kadır Doğulu bütün iddialara sadəcə gülümsəməklə cavab verdi
23 may 2023 11:07 (UTC +04:00)

Kadır Doğulu bütün iddialara sadəcə gülümsəməklə cavab verdi

Dünən İstanbulda restoranlardan birindən tək çıxarkən paparazzilərə yaxalanan məşhur  aktyor Kadir Doğulu verilən bütün sualları cavabsız buraxıb.

 Lent.az-ın xəbərinə görə, aktyor xanımına xəyanət  edib - etməməsinə dair suallara sadəcə gülümsəyərək cavab verib.

Qeyd edək ki, bir neçə həftə öncə Kadir Doğulunun imam nikahı ilə ikinci dəfə evlənməsi barədə xəbərlər yayılmış, aktyorun xanımı Neslihan Atagüllə aralarında böhran yaşandığı iddia edilmişdi. 

Lakin cütlük bu xəbərləri təkzib etmiş, hətta birlikdə Azərbaycana səfərə gəlmişdi.  Bu mənada Kadir Doğulunun eyni mövzunu  yenidən  qabartmağa  çalışan paparazzilərin yanından susaraq keçməsi anlaşılandır.


 

# 2043
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar