Hülya Avşarın qızı ad gününü sevgilisi ilə  qeyd etdi -FOTO
17 yanvar 2023 10:06 (UTC +04:00)

Hülya Avşarın qızı ad gününü sevgilisi ilə qeyd etdi -FOTO

Türkiyəli aktrisa Hülya Avşarın qızı Zəhra Çilingiroğlu ötən gün 25 yaşını qeyd edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çilingiroğlu əvvəlcə ad gününü anası ilə birlikdə Yeniköydə yerləşən balıqçı restoranların birində keçirib.

Daha sonra isə bir müddətdir sevgili olduğu Mürsel Kayanın yanına gedib. Onlar Etilerde “Da Mario” adlı retoranda görüşüblər.

Müxbirlərin sualına “Hər şey yaxşıdır, münasibətimiz yaxşı gedir" cavabı verərək oradan ayrılıb.

# 2166
avatar

Oxşar yazılar