Hollivud ulduzu xərçəng idi, daha bir  sağalmaz xəstəliyə   tutuldu
01 mart 2023 16:25 (UTC +04:00)

Hollivud ulduzu xərçəng idi, daha bir sağalmaz xəstəliyə tutuldu

Hollivud ulduzu Kristina Epplqeyt aktyorluq karyerasına son verdiyini açıqlayıb. 51 yaşlı aktrisa dağınıq skeleroz xəstəliyinə tutulduğunu və müalicəsinin olmadığını bildirib.

Lent.az xarici mediaya istinadən bildirir ki, aktrisa bu barədə SAG Awards 2023 kino mükafatlarının təqdimat mərasimində məlumat verib.

O bir daha cəmiyyət arasına çıxmayacağını da təəssüflə söyləyib. Aktrisanın xəsətliyi özü ilə bərabər yeriyərkən tarazlığın itməsi, zəif görmə, hərəkətin itməsi kimi problemlər gətirib.

Aktrisa pul azanmaq üçün dublyaj işləri gördüyünü desə də, daha bütün bunları etməyə gücünün yetmədiyini bildirib.

 Kristina Epplqeyt bir müddət öncə xərçəng xəstəliyinə tutulduğunu da demişdi.


 

# 2037
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar