Heyrətamiz modelin   uğur hekayəsi -  FOTO
24 fevral 2023 18:13 (UTC +04:00)

Heyrətamiz modelin uğur hekayəsi - FOTO

Dünyanın ən böyük sinəsinə malik olan qadınlardan biri də israilli Yuval Levydir. 

Lent.az xəbər verir ki, İsraildə doğulub böyüyən Yuval media və moda sahəsində kariyerasına 16 yaşında başlayıb. O, özünəməxsus və onu digər modellərdən fərqləndirən görünüşü ilə tezliklə tanınıb.

İllərlə qətiyyət göstərən Yuval nəhayət, böyük ölçüdə sinəsi ilə model olmaq arzusuna çatıb. Onun sözlərinə görə, çoxsaylı kampaniyalarda çıxış edib və dünyanın ən böyük jurnallarının üz qabığında yer alıb. O, "H&M" və "Levi's" də daxil olmaqla bir çox bahalı markaların siması da olub.

Yuval artıq çəkidən əziyyət çəkən və bədənini sevməyən insanlara motivasiyaverici paylaşımlar edərək, öz dəstəyini nümayiş etdirir. Onu sosial şəbəkələrdə "iyrənc", "inək" və s. adlandıranlar olsa da, Yuvalı "seksli" adlandıran da var.

O, 2020-ci ildə İsrailin ən məşhur jurnalının keçirdiyi sorğuda İsrailin ən gözəl plus-size modeli seçilib. 

# 3450
avatar

Nigar Namiq

Oxşar yazılar