Güneldən  estetik əməliyyatlarla bağlı   diqqətçəkən AÇIQLAMA 
14 yanvar 2023 23:52 (UTC +04:00)

Güneldən estetik əməliyyatlarla bağlı diqqətçəkən AÇIQLAMA 

Gənc yaşlarında "Didem" mahnısı ilə gündəmə gələn azərbaycanlı müğənni Günel Zeynalova Nişantaşıda kameralara tuş gəlib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, maraqlı geyim tərzi ilə diqqət çəkən məşhur sifətindəki dəyişiklikdən danışaraq diqqətçəkən açıqlamalar verib.

Musiqi aləmində “Azəri qızı Günel” kimi tanınan 37 yaşlı Günel Zeynalova tez-tez gündəmə gəldiyi estetik əməliyyatlar xəbərlərinə reaksiya verib.

“Heç bir cərrahi əməliyyat etdirməmişəm”

Sözlərinə “məni tanıyırsınız” deyə başlayan Günel deyib:

“Burun estetindən (rinoplastika-red.) başqa heç bir əməliyyat keçirməmişəm. Bəziləri mənim inadkar böyüməyimi qəbul edə bilmir. Hələ də Türkiyəyə gəldiyim ilk gündən məni Günel kimi görüb mühakimə edirlər. Zəhmət olmasa, mənim səsimi danışın, plastik əməliyyatımı yox”.

Zeynalova “Nişantaşı City”də maraqlı geyim tərzi və sifətindəki dəyişikliyi ilə diqqət çəkən müğənni uzun müddətdir Azərbaycanda olduğunu və İbrahim Tatlısəsin də yer aldığı albom layihəsi üçün İstanbula gəldiyini bildirib.

Mətbuat mənsublarına açıqlama verən tanınmış müğənni deyib: "Xəyallarımdakı bir albom layihəsi olacaq. Bunun necə bir layihə olduğunu deyə bilmərəm. Yeri gələndə sizinlə paylaşacam. Bu, İbrahim abimin də daxil olduğu bir layihədir”. 

“Gözəllik mərkəzlərim var”

Azəri qızı Günel, son halını görənlərin təəccübünə 25 ildir səhnədə olduğunu və üzündəki dəyişiklik haqqında bunları deyib:

“Bilirsiniz, mənim gözəllik mərkəzlərim var. Üzümdə böyük dəyişiklik yoxdur, sadəcə kiçik toxunuşlar etdim. Məndə şişirdilmiş kimi bir estetika yoxdur”.
 
 
 

# 4212
avatar

Oxşar yazılar