Gülşah Saraçoğlu və Mahsun Kırmızıgül sevgili oldular? - İLK AÇIQLAMA
18 may 2023 12:07 (UTC +04:00)

Gülşah Saraçoğlu və Mahsun Kırmızıgül sevgili oldular? - İLK AÇIQLAMA

Müğənni, aktyor və kinorejissor Mahzun Kırmızgül və modelyer Gülşah Saracoğlu arasında sevgi münasibətlərinin yaranması barədə iddialar yayılıb.

 Lent.az-ın xəbərinə görə,  44 yaşlı modelyer xanım Mahsunun konsertində səhnə arxasına keçərək, onunla səmimi söhbət edib. Bu onların barəsində dedi - qoduların yayılmasına səbəb olub.

Mahsun Kırmızıgülün meneceri bu iddialara belə cavab verib:

“Belə söhbətlər hər iki tərəfi təhqir etmək deməkdir. Mahsun bəy kulisinə gələn hər kəsi mehribanlıqla qarşılayır. Gülşah xanım da sağ olsun, qiymət verib gəlib.
Bu xəbərləri yayan media orqanlarına qarşı məhkəmə davası açacağıq”.

 

# 2964
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar