Ferhat Göçerdən partiyalara XƏBƏRDARLIQ:  "Oxuduğunuz mahnıların pulunu verin"
02 may 2023 12:24 (UTC +04:00)

Ferhat Göçerdən partiyalara XƏBƏRDARLIQ: "Oxuduğunuz mahnıların pulunu verin"

Musiqi Sahibləri Qrupu Peşəkar Birliyinin İdarə Heyətinin sədri, məşhur müğənni Ferhat Göçer partiya sədrlərinə xəbərdarlıq edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəbərdarlıq mitinqlərdə səsləndirilən əsərlərin müəllif hüquqlarının ödənilməsi ilə bağlıdır. F. Göçer partiya təşkilatlarına xəbərdarlıq göndərəcəklərini və qonorar tələb edəcəklərini bildirib.

O, “Meydanlar konsert məkanına çevrildikdən sonra bütün partiya təşkilatlarına xəbərdarlıq göndərəcək, sahələri müəyyənləşdirib haqqımızı tələb edəcəyik” deyib. Bütün partiya təmsilçilərinin müəllif hüquqlarını dəstəkləyən açıqlamalar verməsinə ümidvar olsa da, seçki dönəmində bu vəziyyətin həyəcan verici olduğunu bildirən Göçerin açıqlamaları belədir: “Mitinqlər, səsvermə vaxtı natiqlərdən səslənən musiqi ilə konsert məkanına çevrilib.

Türkiyənin hər yerində hər gün onlarla mitinq keçirilir. Avtobuslarda və mitinq yerlərində partiyaların öz şüar mahnıları, üzv müəlliflərimizin mahnıları natiqlərdən yüksək səslə və aydın şəkildə səsləndirilir. Müəllif hüquqlarına hörmət edilməsini gözləmək bizim ən təbii haqqımızdır. Bütün partiya təşkilatlarına səslənirəm. Konsert məkanına çevirdiyiniz mitinqlərdə ifa olunan əsərlərə görə qonorar ödəyin. Müəllif haqqını ödəməyən, üzvlərimizdən icazə almayan bütün partiya təşkilatlarına xəbərdarlıq göndərərək, ərazilərdə müəyyənləşmələr apararaq haqqımızı istəyəcəyik”.

# 1872
avatar

Oxşar yazılar