Ferhat Göçer Bakıda konset verəcək
11 sentyabr 2023 16:24 (UTC +04:00)

Ferhat Göçer Bakıda konset verəcək

Türkiyənin tanınmış ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Ferhat Göçer Bakıya gəlir.

Lent.az-ın xəbərinə görə, Anadolu Events təşkilatçılığı ilə sentyabrın 22-də baş tutacaq gecənin ev sahibi Heydər Əliyev Sarayıdır.  Həmçinin konsert üçün nəzərdə tutulan biletlərin yarıdan çoxu satılıb.

Biletləri iticket.az-dan və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

Lent.az Ferhat Göçer haqqında maraqlı faktları təqdim edir:

Pop və opera tərzində mahnılar ifa edən sənətçi 11 may 1970-ci ildə Türkiyənin Birecik əyalətində dünyaya gəlib.  O, 2012-ci ilin noyabr ayından UNICEF-in Türkiyə üzrə xoşməramlı səfiridir.

Musiqi karyerası ilə yanaşı, cərrah olan Göçer 2017-ci ildə 25 illik həkimlik həyatından ayrılaraq sırf musiqi ilə məşğul olmağa davam edib.
 

# 1923
avatar

Oxşar yazılar