Əxlaqsız təklifə görə  Bollivuddan Hollivuda köçdü
01 iyun 2023 14:28 (UTC +04:00)

Əxlaqsız təklifə görə Bollivuddan Hollivuda köçdü

Dünya şöhrətli hind aktrisası Pryanka Çopra bir neçə il öncə özündən 10 yaş kiçik amerikalı musiqiçi  Nik Conas ilə evlənib Amerikaya köçüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu günlərdə Hollivudda “The Zoe Report” adlı teleproqrama qatılan aktrisa maraqlı açıqlamalar verib.

O, daşıyıcı ana vasitəsilə övlad sahibi olduğunu, Bollivuddakı karyerasını başa çatdırdığını bildirib. Buna səbəb aktrisanın çəkildiyi filmlərdən birinin rejissorundan əxlaqsız təklif alması olub.

“Şəxsiyyətimi alçatdı. Roluma görə kamera qarşısında geyimimi soyunmalıydım. Rejissor hər kəs eşidə-eşidə bağırdı ki, onun alt paltarını görməliyəm. Qadın soyunmasa, kimdir bu filmə baxan? Mən sanki sadəcə alət idim. Nə sənətim, nə ifaçılığım rol oynamırdı. Sadəcə çılpaq bədənim maraq doğururmuş.

İki gün sonra filmdə çəkilməkdən imtina etdim, aldığım pulu geri qaytardım. Bir daha Bollivudda filmə çəkilmədim. Özümü şəxsiyyətim yoxmuş kimi hiss etdim”, - aktrisa rejissorun adını çəkməyib.

“Bollivudda insanlarla problemim var idi. Kənara itələnirdim. Həyasız, abırsız, gizli maraqları olan adamlar oyunlar qururdular. Kirli siyasət mənim işim deyil. Buna görə Bollivuddakı karyerama son verib, Hollivuda gəldim”,- o əlavə edib.


 

# 4230
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar