"Evə qızları çağırıb, doyunca əylənəmmədim" - Ulduzun ETİRAFLARI
24 may 2023 13:12 (UTC +04:00)

"Evə qızları çağırıb, doyunca əylənəmmədim" - Ulduzun ETİRAFLARI

Hollivud ulduzu, məşhur komediya ustası Kris Taker  qatıldığı televiziya proqramlarından birində maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, aktyor Ceki Çanla birlikdə çəkildiyi “Pik saatı” filmi ilə uğura imza atdığını söyləyib.

“Filmdən dedektiv Karter roluma görə külli miqdarda qazanc götürdüm. Müqaviləyə əsasən, filmin kassa gəlirlərindən  hissə əldə edəcəkdim. Və bu hissə 20 milyon dollar olunca sevinclə evimizə gəldim. “Varlandım, artıq milyonçuyam” dedim. Anama, atam, bacım, qardaşlarım “Biz milyonçu olduq, varlandıq” deyərək  sevinc içində rəqs edirdilər. Dedim ki, bir dayanın, varlanan mənəm siz yox. Anamla atam qarşıma keçib dedilər ki, biz artıq işdən çıxmışıq, odur ki, varlanan tək sən deyilsən, həm də bizik. O gündən sonra ailəm ayrı evə çıxmağıma icazə verməyib, mənimlə bir evdə yaşadı. Onlar mənim eşq macəralarımın qatilinə çevrildilər. Onlara görə, evə qız dostlarımı çağırıb, doyunca əylənə bilməmişəm”, - deyə aktyor zarafatla bildirib.

Onun çıxışı izləyicilər tərəfindən qəhqəhələrlə qarşılanıb.

Qeyd edək ki, "Pik saatı" trilogiyası 1998-2007-ci illərdə çəkilib və dünya üzrə 849,3 milyon dollar gəlir əldə edib. Tezliklə filmin dördüncü hissəsinin çəkilməsi gözlənilir.

# 2817
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar