Elton Con
26 yanvar 2022 02:17 (UTC +04:00)

Elton Con

Elton Con koronavirusa yoluxdu: "Gücləndirici vurmuşam"

Britaniyalı müğənni Elton Con (əsl adı Rejinald Kennet Duayt) çərşənbə axşamı günü koronavirusa yoluxduğunu açıqlayıb.

Lent.az-ın məlumatına görə, musiqiçi bu barədə İnstaqram səhifəsində yazıb.

O bildirib ki, bu səbəbdən onun ABŞ-da verəcəyi bir sıra konsertləri təxirə salınacaq.

Peyvənd sayəsində xəstəliyə asanlıqla dözdüyünü yazan 74 yaşlı Elton Con vurğulayıb ki, Dallasda planlaşdırdığı çıxışları başqa vaxta təyin edəcək: “Xoşbəxtlikdən, tam peyvənd olunmuşam və gücləndirici vurulmuşam. Yüngül simptomlarım var, ona görə də gələn həftə sonu Arkanzasda çıxış edə biləcəyimi gözləyirəm”.

# 46092
avatar

Oxşar yazılar