Ələkbər Yasamallı
03 yanvar 2023 17:15 (UTC +04:00)

Ələkbər Yasamallı

Ələkbərin dostu DANIŞDI: "Vəziyyəti yaxşıdır, Bakıdadır" - YENİLƏNİB

Xəbər verdiyimiz kimi müalicə almaq üçün Almaniyaya getdiyi deyilən meyxanaçı Ələkbər Yasamallı Bakıya gəlib.

Ələkbərin yaxını Lent.az-a bildirib ki, hazırda meyxanaçının vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, sənətçi sağlamlığına qovuşub:

“Yalandan şayiə yayılıb ki, guya Ələkbərin vəziyyəti ağırdır və s. Boş söhbətlərdir. Özü Bakıdadır, Şükür maşın da idarə edir, rahat da yaşayır. Almaniyada qanı yuyuldu, təmizləndi, ümumi müalicə də götürdü. Sağalıb və hər şey yaxşıdır. Maraqlanan hər kəs çox sağ olsun”. 

***
Saat: 11:59

Tanınmış meyxanaçı Ələkbər Yasamallı Bakıya qayıdıb.

Lent.az xəbər verir ki, bu barədə meyxanaçının sosial şəbəkə hesabında sonuncu paylaşımında yazılan rəylərdə əks olunub. Belə ki, sənətçinin paylaşdığı videodan da onun Bakıda olduğu görünür.

Bundan əlavə, onun tanışlarından biri də Ələkbərin Bakıya qayıtmasını Lent.az-a təsdiqləyib.

Qeyd edək ki, Ələkbər Yasamallı bir neçə aydır ki, müalicə olunmaq üçün Almaniyaya getmişdi.

# 4935
avatar

Nigar Namiq

Oxşar yazılar