Dünya ulduzları Türkiyəyə belə DƏSTƏK VERDİLƏR
07 fevral 2023 11:27 (UTC +04:00)

Dünya ulduzları Türkiyəyə belə DƏSTƏK VERDİLƏR

Ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələ dünyaca məşhur simaların da diqqətindədir. 

Lent.az xəbər verir ki, bir çox məşhur baş verən zəlzələdə zərərçəkən xalqa dəstəkverici paylaşımlar edib. 

Albaniya əsilli amerikalı müğənni Dua Lipa Türkiyəyə dəstəyini bildirərək, paylaşımında “Türkiyə üçün ürəyim parçalanır. Zəlzələdən zərər çəkmiş hər kəs üçün dualarımı və sevgimi göndərirəm”, - deyə, yazıb. 

İtaliyalı aktyor Michele Morrone paylaşımında “Türkiyədə bu gün nəhəng bir zəlzələ baş verib. Bir çox ailənin bizim köməyimizə ehtiyacı ola bilər. Demirəm ki, Türkiyəyə dua edin. Əslində nəsə etməyi məsləhət görürəm. Türkiyəyə sevgilərlə”, - yazıb.

Amerikalı müğənni Halsey zərərçəkənlərə acıdığını, üzüntüsünü və zərərçəkən ailələrə başsağlığını ünvanlayıb. 

Almaniyalı aktyor Aron Piper və amerikalı müğənni Tom Odell insanların Türkiyədə zərərçəkənlərə necə kömək etməli olduqları barədə paylaşımlar ediblər. 

Rusiya əsilli amerikalı model İrina Shayk Türkiyəyə dəstəyini belə ifadə edib.

Amerikalı aktyor Noah Schnapp, müğənni Noah Cyrus və ispaniyalı aktrisa Ursulo Corbero “Instagram” hesablarında izləyicilərindən Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün yaradılan yardım fonduna dəstək vermələrini xahiş ediblər. Onlar insanları xilas etmək üçün “Ən kiçik məbləğ belə vacibdir”, - deyə, yazaraq qeyd ediblər.

Amerikalı müğənni Demi Lovato paylaşımında “Zəlzələ qurbanları və zərərçəkənlər üçün ürəyim yerindən çıxır”, - yazıb. 

Amerikalı aktyor Misha Collins türk dilində paylaşım edərək, “Türkiyəli dostlarım, bu inanılmaz uçqun qarşısında qəlbim sizinlədir. Hamınıza sevgilərimi göndərirəm”, - sözlərini yazıb.

Rumıniyalı müğənni İnna Türkiyə bayrağını paylaşaraq, xalqa hisslərini belə çatdırıb. 

Hindistan əsilli amerikalı aktrisa Priyanka Chopra ürəyinin Türkiyə ilə olduğunu paylaşımı ilə ifadə edib.

Amerikalı müğənni Aurora Suriyada və Türkiyədəki dağıdıcı zəlzələ ilə bağlı hisslərini izləyiciləri ilə bölüşərək, həyatını itirənlərə başsağlığı ünvanlayıb. 
 

# 3705
avatar

Nigar Namiq

Oxşar yazılar